
Türkiyədə həyata keçirilən "rüşvət əməliyyatı" zamanı həbs olunan Fatih bələdiyyəsinin sədri Mustafa Dəmirə qarşı ittihamlardan biri də Fatih bələdiyyəsinə məxsus ərazilərində Nazirlər Kabinetinin gücündən istifadə edərək qeyri-qanuni tikililər tikməsidir.
Qaynar.info türk mətbuatına istinadən xəbər verir ki, sözügedən iddia baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanla da bağıldır.
Çünki Fatih bələdiyyəsi Bilal Ərdoğanın rəhbəri olduğu Türkiyə Gənclik və Təhsilə Xidmət Fəqfi üçün tikilən binanı bələdiyyənin büdcəsi ilə inşa edib və üstəlik ötən ay vəqfə 25 illik pulsuz xidmət hədiyyə etmişdi. Ərdoğanın oğlunun rəhbərlik etdiyi vəqfin üzvlərindən biri də Fatih bələdiyyə sədri Mustafa Dəmir də var. Həmin vəqfin idarə heyətinin üzvləri də Ərdoğan ailəsindən ibarətdir.
Bilal Ərdoğan (Baş nazir Ərdoğanın oğlu)
Əsra Ərdoğan (Baş nazir Ərdoğanın qızı)
Serhat Albayrak (Baş nazir Ərdoğanın kürəkəninin böyük qardaşı)
Reyhan Uzunər (Bilal Ərdoğanın qaynanası)
Ziya İlgən (Baş nazir Ərdoğanın yeznəsi)
Şule Albayrak (Əsra Ərdoğanın qaynı arvadı)
Əhməd Ergün (Baş nazir Ərdoğanın ən yaxın dostu)
Qaynar.info