Baş nazir “Gəzi” meydanının boşaldılması üçün sabaha kimi vaxt verib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “Gəzi” aksiyaçılarına xəbərdarlıq edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün AKP-nın Ankarada keçirilən mitinqində çıxış edən Ərdoğan aksiyaçılara müraciət edərək “Gəzi” meydanının boşaldılması üçün sabaha kimi vaxt verib.
“Sabah İstanbulda mitinqimiz var. Çok açıq söyləyirəm. Taksim meydanı boşalmadığı halda, ölkənin hüquq-mühafizə gücləri boşaltmağı biləcəklər”- deyə Ərdoğan xəbərdarlıq edib.
Nazirin bu çıxışından sonra polis İstanbulda Gezi parkında etiraz aksiyası keçirən insanlara müdaxilə edib. Polis 30 dəqiqə ərzində etirazçılardan meydanı boşaltmağı tələb edib. Bunun son xəbərdarlıq olduğunu bildirən polis etirazçıların rədd cavabı verməsindən sonra təzyiqli su ilə müdaxiləyə başlayıb.
Hazırda meydanın boşaldılması əməliyyatı davam edir. Aksiyaçıların isəmeydanı tərk etmə niyyəti yoxdur.
Qaynar.info