
Misirdə qətlə yetirilən Əsmanın atasının yazdığı məktuba qulaq asan Türkiyəı baş naziri Rəcəb Tayyib Ərdoğan göz yaşlarını saxlaya bilməyib.
Qaynar.info xəbər verir ki, "Ülke TV" kanalında verilişə qatılan Ərdoğan Misir qətlimanının simvolu hesab olaunan 17 yaşlı Əsmanın atasının yazdığı vida məktubunu dinləyərkən canlı yayımda ağlayıb.
Ərdoğan veriliş zamanı etdiyi çıxışında, "Əsmaya yazılan bu ifadələrdə mən də uşaqlarımı gördüm. Qızım "Bir gecə də bizə ayır" demişdi. Evə gələndə uşaqlarım yatırdı. Əsmanın cənazə namazı, ölümdən sonrakı dünyanı oxuması məni duyğulandırdı. İndi baş nazir deyiləm. Vətəndaş olaraq bu sözləri işlədirəm" deyib.
Qaynar.info