
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 2002-ci ildə cinsi azlıqlar haqqında çıxışının video görüntüləri yayılıb.
Qaynar.info-nun məlumatına görə, video Ərdoğanın seçkiqabağı kampaniyası zamanı telekanalların birində yayımlanan "Genc bakış" verilişinə aiddir.
Həmin veriliş zamanı tamaşaçılardan biri Ərdoğana hakimiyyətə gələcəyi təqdirdə cinsi azlıqlara münasibətinin necə olacağını sual verir. Ərdoğan da cavabında cinsi azlıqların hüquqlarının qanuni şəkildə qorunmasının vacibliyini bildirib.
Qaynar.info