Xəbər lenti

Ərdoğan yenə çağırış etdi: "Dollardan imtina edin"
Dünya11:39 26.11.2019

Ərdoğan yenə çağırış etdi: "Dollardan imtina edin"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vətəndaşları növbəti dəfə milli valyutanın lehinə dollardan imtina etməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə o, Ədalət və İnkişaf Partiyasının iclasında çıxış edərkən deyib. Bildirib ki, ölkə iqtisadiyyatındakı vəziyyət sabitləşir.
"Ölkəmizə etibar edənlər, bura sərmayə qoyanların hamısı qazandı və qazanmağa da davam edirlər. Dollardan imtina edin. Gəlin türk lirəsinə keçək. Orjinallığımızı, suverenliyimizi nümayiş etdirək", - deyə Ərdoğan bildirib.