Xəbər lenti

Ərdoğan faciədə ölənlərin sayını açıqladı: 238
Dünya13:30 14.05.2014

Ərdoğan faciədə ölənlərin sayını açıqladı: 238

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan faciənin baş verdiyi Soma Mədən Sənayesinə gedib.

“Axar.az” xəbər verir ki, xüsusi təyyarə "DAP" ilə Manisanın Mersin mahalına gələn Ərdoğan oradan da Soma mahalındakı kömür mədəninə keçib.

Baş nazir hadisə yerini araşdırdıqdan sonra ölənlərin sayının getdikcə artdığını bildirib:

"Mədəndə baş verən yanğında ölənlərin sayı 238 olub. İlkin məlumata görə, 80 işçi yaralı olaraq xilas olub. 19-u xəstəxanadan buraxılıb. Millətimizin başı sağ olsun. Çox böyük bir itki yaşayırıq. Soyuqqanlı hərəkət edən siyasətçilərimizə minnətdarlığımı bildirirəm".

Qaynar.info