Xəbər lenti

Ərdoğan-Gül müharibəsinin ilk siqnalı
Dünya09:47 06.04.2014

Ərdoğan-Gül müharibəsinin ilk siqnalı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəmil Çiçək ölkə prezidenti ilə baş nazirin prezident postu uğrunda döyüşəcəklərini deyib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək ölkə prezidenti Abdullah Güllə baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident postu uğrunda döyüşəcəklərini deyib. 

ANS PRESS-in məlumatına görə, Cəmil Çiçək Ərdoğanın prezidentliyə namizəd olduğunu açıqladıqdan sonra ölkədə qarşıdurmaların baş verəcəyini söyləyib. 

Onun sözlərinə görə Ərdoğan prezidentliyə namizəd olduqdan sonra ölkədəki mövcud iqtidarda vəzifə üstünda ixtilaflar baş qaldıracaq: “Ərdoğan prezidentliyə namizədliyini verdikdən sonra səlahiyyətli və məsuliyyətsiz prezidentlə, vəzifəli baş nazir arasındakı münasibətlər sağlam olmayacaq. Dünyanın heç bir yerində belə sistem yoxdur. Prezident ikinci dəfə xalq tərəfindən seçiləcək amma o, səlahiyyətli və məsuliyyətsiz olacaq”.

Qaynar.info