
Türkiyə hökuməti tərəfindən alkoqollu içkilərin satışının qadağan olunması ilə bağlı qəbul olunan qanun etirazlara səbəb olub.
Qaynar.info-nun məlumatına görə, Türkiyə Atatürkçü Düşüncə Dərnəyinin yaranmasının 24-cü il dönümündə Manisa şəhərində keçirilən ziyafətdə gənclər Ərdoğan hökumətinin bu qərarını lağa qoyublar.
Ziyafətdə iştirak edən gənclər qədəhləri havaya qaldırıb, "Sənin sağlığına Tayyib", "Tayyib kefimin ağasısan?" kimi tənqidi şüarlar səsləndiriblər.
Qaynar.info