Xəbər lenti

Ərdoğan ilk dəfə seriala gətirildi - VİDEO
Dünya11:08 26.02.2014

Ərdoğan ilk dəfə seriala gətirildi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış rejissor Osman Sınavın çəkdiyi “Qızıl alma” serialının bu gün yayımlanacaq bölümündə diqqət çəkən dialoq yer alıb.

 “Axar.az” türk mətbuatına istinadən xəbər verir ki, serialın bu gün yayımlanacaq bölümündə Milli İstihbarat Təşkilatının rəsmiləri söhbət zamanı Türkiyəyə sızan paralel təşkilatdan bəhs edir və hədəflərinin Baş nazir olduğunu söyləyirlər.

Türkiyə serialları tarixində ilk dəfə Baş nazirin adı çəkilir və “Hədəf Rəcəb Tayyib Ərdoğan!” deyilir.

Bu dialoqdan dərhal sonra AKP-nin 30 mart seçkiləri üçün seçdiyi “Dombra” musiqisi səsləndirilir. 

Qaynar.info