
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan körfəz ölkələri arasında yaşanan böhrana münasibət bildirib.
"Qaynarinfo" xəbər verir ki, Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfərə başlayan Ərdoğan Atatürk hava limanında mətbuat konfransı keçirib.
Onun sözlərinə görə, körfəzdə böhranın bundan sonra da davam etməsinin heç bir mənası yoxdur:
"İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədri kimi böhranın aradan qaldırılması üçün səy göstəririk. Səudiyyə Ərəbistanına Körfəzdə böyük qardaş kimi böyük missiya düşür. Bu səfər zamanı qardaşım kral Salman bin Abdel Əziz Əl Səudla, vəlihəd və müdafiə naziri ilə bir araya gələcəm. Daha sonra Küveytə səfər edərək əmir şeyx Sabah Əl Əhməd Əl Cabir Əs-Sabah , iyulun 24-də isə Qətərə səfər edərək əmir şeyx Tamim bin Həməd Əl Tani ilə danışıqlar aparacam. Qətər böhranın ilk günlərindən səbrli, rasional davranıb".
Qaynarinfo.Az