Xəbər lenti

Ərdoğan ölümə meydan oxudu
Dünya18:59 22.01.2015

Ərdoğan ölümə meydan oxudu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk nümayəndə heyətinin qaldığı otelde terror aktı törədilməsinə baxmayaraq Somali səfərini ləğv etməyib.

Qaynar.info ANS PRESS-ə istinadən xəbər verir ki, mədəniyyət və turzim naziri Ömər Çelik açıqlama verib.

Nazir bildirib ki, səfər öncəsi terror aktı törədilsə də prezident Somaliyə gedəcək.

"Onlar Ərdoğanı yaxşı tanımayıblar. Türkiyənin verdiyi qərarı dəyişdirməyəcəyini başa düşməyiblər", deyə Ömər Çelik bildirib.

Qeyd edək ki, Türkiyə prezidentinin səfərini hazırlayan nümayəndə heyətin qaldğı otelin qarşısında terakt törədilib. Somalinin paytaxtı Moqadişidə kamikadzenin partlayış törətməsinə baxmayaraq Ərdoğanın səfər planı dəyişməyib. Ərdoğan Afrika turu çərçivəsində sabah Somaliyə səfər edəcək

Qaynar.info