Xəbər lenti

Ərdoğan müğənnilərin suallarını cavablandıracaq
Dünya06:15 27.08.2013

Ərdoğan müğənnilərin suallarını cavablandıracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş nazir Rəcəb Tayyib Ərdoğan sentyabrın 3-də “Bəyaz TV”də qonaq olacaq. Kanal bu vacib yayım üçün”Ustanın hekayəsi” adlı sənədli film hazırlayıb.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Bəyaz TV”nin baş nazir üçün hazırladığı “Ustanın hekayəsi”adlı sənədli filmdə məşhur şəxslərin sualları və fikirləri səsləndiriləcək.

Sənədli filmə Ajda Pekkan, Gülbən Ergən, Fatih Terim, Acun Ilıcalı, Hidayət Türkoğlu, Kənan İşık, Orhan Gencebay, Kənan İmirzalıoğlu, Şahan Gökbakar kimi məşhurlar qatılıblar.

Baş nazirin həyatından fraqmentlərin yer aldığı filmdə məşhurlar Ərdoğan haqqında düşüncələrini və xatirlərini paylaşıb, bəziləri də canlı yayımda suallar ünvanlayıblar.

Qaynar.info