Xəbər lenti

Ərdoğan Obamanı şahid göstərdi və İsrailə 3 şərt qoydu
Dünya18:40 18.07.2014

Ərdoğan Obamanı şahid göstərdi və İsrailə 3 şərt qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Baş naziri Ərdoğan İsrailin Qəzzaya ordu yeritməsinə münasibət bildirib.

Axar.az xəbər verir ki, Ərdoğan İsrailin dünyada sülhə təhlükə olan bir ölkə olduğunu vurğulayıb.

Ərdoğan qeyd edib ki, vəzifədə olduğu müddətcə İsraillə heç bir zaman müsbətə doğru addım atılmayacaq: 

"Bu dövlət terrora can verir, bu səbəbdən bizim İsrailə qarşı müsbət yöndən baxmağımız mümkün deyil. Bundan sonra bizim 3 şərtimiz var: Üzr istənilməsi, Təzminat ödənilməsi və Fələstinə tətbiq edilən embarqonun qaldırılması. 

Ərdoğan İsrailin üzr istədiyini də bildirib:

"İsrail üzr istədi. Bunun şahidi də ABŞ prezidenti Obama oldu. Daha sonra təzminat məsələsində son nöqtəyə gəldik. Lakin embarqonun aradan qaldırılması zamanı çatdığında bizə imzalanacaq dedilər".

Qaynar.info