Xəbər lenti

Ərdoğan Polad Alemdarla görüşdü - YENİLƏNİB - FOTOLAR
Dünya18:35 12.06.2013

Ərdoğan Polad Alemdarla görüşdü - YENİLƏNİB - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün baş nazir Rəcəb Tayyib Ərdoğan “Gezi Park”ı hadisələri ilə bağlı yaradılan 11 nəfərlik heyətlə görüşüb. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, AK Partiya Ümumi Mərkəzində, Türkiyə vaxtı ilə 17.00 da başlayan görüşdə, Ərdoğan Gezi parkı aksiyaları ilə əlaqədar heyət üzvlərindən məlumat alıb və düşüncələrini bildirib. Görüşə gələnlərin arasında “Kurtlar vadisi” serialının sevilən aktiyoru Necati Şaşmaz da olub.

Mətbuata qapalı reallaşan görüşdə, Ərdoğana ilə yanaşı daxili işlər naziri Muammer Gülər, ekologiya və şəhərsalma üzrə naziri baş nazir Ərdoğan Bayraktar, mədəniyyət və turizm Naziri Ömər Çelik, baş nazirin müşaviri Efkan Ala, AK Partiya Ümumi Başçı Köməkçisi Hüseyin Çelik də iştirak edib.

___________

18:50

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Gəzi hadisələri ilə bağlı görüşəcəyi sənətçilərin adları məlum olub. 

Qaynar.info-nun məlumatına görə, baş nazirlə görüşəcək 11 nəfərlik nümayəndə heyətinin tərkibində akademik, memar, aktyor, hətta tələbə də var. 

Ərdoğanla görüşəcək nümayəndə heyətinin tərkibi belədir: 

Ahmet Mümtaz - aktyor

Betül Tanbay - Riyaziyyat professoru

Hale Çıraçı - memar

Kutluğ Ataman - rejissor

Nil Eyüpoğlu - tələbə

Rumeysa Kiger - rejissor

Selva Gürdoğan - memar

Zehra Öney - mətbuat eksperti

Zülfikar Kürüm - tələbə

İpek Akpınar - akademik 

Bülent Peker - baş nazirə məktub yazan AKP üzvü

Qeyd edək ki, Ərdoğan "Kurtlar Vadisi Pusu" serialının baş qəhrəmanı Polad Ələmdar rolunun ifaçısı Necati Şaşmaza da təklif göndərmişdi. Siyahıdan görünür ki, Polad Ərdoğanın təklifini qəbul etməyib.

Qaynar.info