
Türkiyə üçün qurulan 40 illik xain planı 20 saata pozaraq böyük bir zəfər əldə etdik.
"Qaynarinfo" xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində 15 iyul hərbi çevrilişə cəhdin bir illiyinə həsr olunmuş tədbirdə etdiyi çıxışında bildirib.
Ərdoğan çıxışında çevriliş cəhdinə qarşı çıxan hər bir Türkiyə vətəndaşına və müxalifət liderlrinə təşəkkur edərək, hökümətin 2023-cü ilədək planlarının yerinə yetirəcəyini bəyan edib.
Ərdoğan həmçinin FETÖ terror qruplaşmasını dəstəkləyən xarici güclərə də mesaj verərək qeyd edib ki, Böyük Türkiyə istənilən təhdid qarşısında geri çəkilməyəcək.
Qaynarinfo.Az