Xəbər lenti

Ərdoğan: "Beynəlxalq siyasətiniz batsın!"
Dünya12:54 07.05.2013

Ərdoğan: "Beynəlxalq siyasətiniz batsın!"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Banyasdakı mənzərə ən azı Kərbəla qədər üzücüdür və bunun səbəbkarları da Yezid qədər alçaqdır. Onlar da Yeziddir". 

Bu sözləri baş nazir Rəcəb Tayyib Ərdoğan Suriyanın Banyas qəsəbəsində Əsəd rejiminin törətdiyi qətliamı dəyərləndirərkən söyləyib.

Ərdoğan ata Əsədin belə bu qədər qəddarlıq etmədiyini, bunu bacara bilmədiyini deyib: "Xama və Humus qətliamlarında İmam Xomeyni Hafiz Əsədi qəbul etmədi, ancaq uzun müddət sonra qəbul etdi. İndi yenə eyni vəzifəni tutanlardan soruşuram: bu insanlıqdan kənar vəziyyətə daha nə qədər göz yumacaqsınız?"

Baş nazir Suriyadakı qeyri-legitim rejimi müdafiə edən təşkilatların, beynəlxalq qüvvələrin və xüsusilə sanksiyalara mane olan BMT Təhlükəsizlik Şurasının günahının böyük olduğunu deyib: "Beynəlxalq siyasətiniz batsın!"

Ərdoğan İsrailin Dəməşqə hava hücumunun da əsla qəbul edilə bilməyəcəyini vurğulayıb: "Bu hücumlar Əsədə və qeyri-legitim rejimə qızıl sinidə verilən kartlardır".

Qaynar.info