Xəbər lenti

Ərdoğan Rusiyaya gedəcək
Dünya15:25 15.11.2013

Ərdoğan Rusiyaya gedəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan noyabrın 21-də Rusiyaya rəsmi səfər edəcək.

APA-nın “Todays Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinlə təkbətək görüşü də planlaşdırılır.

Görüşdə Suriyadakı vəziyyət, İranın nüvə proqramı və Misirdəki hadisələr diqqət mərkəzində olacaq. Səfərin gündəliyinə regional və beynəlxalq məsələlərin müzakirəsi daxil edilib.

R. T. Ərdoğanı xarici işlər naziri Əhməd Davudoğlu, enerji və təbii qaynaqlar naziri Taner Yıldız, iqtisadiyyat naziri Zəfər Çağlayan müşayiət edəcəklər. 

Qaynar.info