
Soçidə Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib
APA-nın Rusiya bürosunun məlumatına görə, V.Putin Türkiyə baş nazirinə Qış Olimpiya oyunlarının açılış mərasiminə qatıldığı üçün təşəkkür edib:
“Biz burada sizə daha çox yaxınıq, Qara dənizdən qonşuyuq. Sizin idmançılara da uğurlar arzulayırıq. Bildiyimə görə, sizin fiqurlu konkisürmə komandanızı rusiyalı mütəxəssislər hazırlayıblar. Ona görə də, biz onlara da azarkeşlik edəcəyik”.