Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 25 sentyabrda ABŞ prezidenti Donald Trampla görüş məsələsi ilə bağlı Nyu-Yorkdakı BMT Baş Assambleyasından müraciət gəlmədiyini, özünün də belə bir istəyi olmadığını bildirib.
"Bir strateji əməkdaşın digərinə belə bir şey etməsi yaxşı deyil. 16 ildir baş nazir və prezident vəzifəsini icra edirəm. Hər hansısa bir ehtiyacımızı pulumuzla belə ala bilmədiyimiz anlar olub. Amma terror təşkilatları hər cür silahı pulsuz ABŞ-dan ala bilirlər. Bu silahlardan bizə qarşı istifadə edirlər. Bu necə strateji əməkdaşlıqdır? O yenə ağır bir şeydir (təttarə verilməməsini nəzərdə tutur) Polisə tapança vermədilər, tapança", - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Ərdoğanın sentyabrda İran prezidenti Həsən Ruhani, Rusiya prezidenti Vladimir Putin, Almaniya Federal Respublikasının prezidenti Frank-Valter Ştaynmayer və Almaniya kansleri Angela Merkellə yanaşı ABŞ prezidenti Donald Trampla da görüşü gözlənilirdi.