Xəbər lenti

Ərdoğan yenə Avropanı günahlandırdı
Dünya17:41 06.11.2016

Ərdoğan yenə Avropanı günahlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qərb Türkiyə üçün yaxşı heç nə etməyib".

Trend bildirir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ali məktəblərinin birində elmi adların verilməsi mərasimində deyib.

"Əgər Qərb Türkiyəni 53 il Avropa İttifaqının qapısının önündə gözləməyə məcbur edirsə, Türkiyə ondan nə gözləməlidir?" - deyə prezident bildirib.

Onun sözlərinə görə, artıq bu gün Türkiyə üçün digərlərinin nə deyəcəyi vacib deyil.

Qaynarinfo.Az