Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yeni nazirlər kabinetinin tərkibini açıqlayıb.
Türkiyə mətbuatı xəbər verir ki, baş nazir Ərdoğan 3 nazirin istefasından sonra Abdullah Güllə bəzi müzakirələr aparmaq üçün prezidentin rəsmi iqamətgahı “Çankaya” köşkünə getmişdi.
Məlumata görə, Ərdoğan görüşdən sonra kabinetdəki 10 yeni nazirin adını açıqlayıb.
Baş nazirin müavini Emrullah İşler Ədliyyə naziri Bekir Bozdağ Ailə və sosial siyasət naziri Ayşenur İslam İqtisadiyyat naziri Nihat Zeybek Ətraf mühit və şəhərsalma naziri İdris Güllüce Gənclər və idman naziri Akif Çağatay Kılıç Daxili nişlər naziri Efkan Ala Nəqliyyat naziri Lütfü Elvan Sənaye və texnologiya naziri Fikri İşık Avropa Birliyi naziri Mövlüt Çavuşoğlu