
Rəcəb Tayyib Ərdoğana qarşı Avropa İnsan Haqları Məhkəməsində cinayət işi qaldırılıb.
Bu informasiyanı Suriya mətbuatı yayıb. Məlumatda Ərdoğana qarşı cinayət işinin bu gün rəsmən qəbul edildiyi bildirilib:
“Ərdoğan insanlığa qarşı cinayət törətməkdə günahlandırılır. Suriyadakı hadisələrdə əsas günahkarlardan hesab edilir”.
Qeyd edək ki, Ərdoğan Suriyadakı hadisələr başlayandan Bəşər Əsədə qarşı sərt mövqe tutan əsas dünya liderləri sırasındadır.//axar.az