Xəbər lenti

Ərdoğana sui-qəsd cəhdinin yeni görüntüləri - VİDEO
Dünya15:17 06.11.2016

Ərdoğana sui-qəsd cəhdinin yeni görüntüləri - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Marmaris bölgəsində 15 iyul tarixində prezident Rəcəb Tayyib Ərdoğana qarşı edilən sui-qəsd cəhdinin yeni görüntüləri yayılıb.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, görüntülər hadisədən bir neçə ay sonra internetdə yerləşdirilib.
Mobil telefon vasitəsilə çəkilən kadrlardan göründüyü kimi FETÖ-çülər Ərdoğanın qaldığı oteli bir neçə istiqamətdən atəşə tutub. Ərdoğanın oteldə olduğunu zənn edən qiyamçılar helikopterdən binanı gülləbaran ediblər. Hərbçilər daha sonra helikopterdən enərək oteli mühasirəyə alıblar.
Qaynarinfo.Az