Xəbər lenti

Ərdoğandan Abdullah Gülə eyni sərtlikdə CAVAB
Dünya19:03 03.06.2013

Ərdoğandan Abdullah Gülə eyni sərtlikdə CAVAB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fasda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mətbuat konfransı keçirib.

Qaynar.info xəbər verir ki, Fasda rəsmi səfərdə olan Türkiyə baş naziri jurnalistlərin suallarını cavablandırıb. Gezi parkının və Atatürk Mədəniyyət Mərkəzinin məhv edilməsinə etiraz edən aksiyaçıları yenidən sərt şəkildə tənqid edən Ərdoğan preizdent Abdullah Gülün də aksiyalar haqqındakı çıxışını dəyərləndirib. Ərdoğan, Abdullah Gülün "Demokratiya sadəcə seçki demək deyil, mesajı almışıq. Artıq sakit olmaq vaxtıdır" sözlərinə qarşılıq verib: "Demokratiya elə sadəcə seçkidir. Kim nə mesaj alıb bilmirəm, ancaq mənim üçün demokratiya elə sadəcə seçkidir".

Qeyd edək ki, Ərdoğanın Gezi aksiyalarına əhəmiyyətsiz yanaşması öz partiyası da daxil bir çoxları tərəfindən tənqid edilməyə başlanılıb.

Cavid

Qaynar.info