Xəbər lenti

Ərdoğandan BMT-yə sərt etiraz: "Onlarda ədalət yoxdur"
Dünya13:55 01.05.2017

Ərdoğandan BMT-yə sərt etiraz: "Onlarda ədalət yoxdur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan səfəri çərçivəsində Hindistanın "Camia Millia İslamia" universitetinin fəxri doktoru adını alıb.

"Qaynar" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, təqdimat mərasimindəki çıxışı zamanı BMT-ni tənqid edərək onları ədalətsizlikdə ittiham edib:

"BMT təhlükəsizlik şurasından gözləntilərimiz nədir? Ədalət. Amma onlarda ədalət vardırmı? Əsla belə bir şey yoxdur. Ərdoğan bunları deyərkən sərt olur, sevilməz biri olur. Lakin biz kimə özümüzü sevdirməliyik ki? Dünyanın zərər çəkmiş, məzlum xalqlarına özümüzü sevdirə biliriksə bu, bizə yetər".

Qaynar.Az