Xəbər lenti

Ərdoğandan BMT-yə sərt TƏNQİD
Dünya12:00 23.09.2013

Ərdoğandan BMT-yə sərt TƏNQİD

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Konkret şəxslərin hegemon olduğu BMT Təhlükəsizlik Şurasının dünyada sabitliyi təmin etməsi mümkün deyil.

Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda qatıldığı forumda Suriya və Misirdə baş verən hadisələrə münasibət bildirərkən deyib. Ərdoğan BMT-nin Suriya məsələsindəki mövqeyini pisləyib.

"Suriyada 1700 adam kimyəvi silahla öldürüldü. BMT-nin Təhlükəsizlik Şurası hələ də bununla bağlı qərar verə bilmir. 3 ilə yaxındır ki, 110 min adam bombalarla öldürülür. BMT-nin Təhlükəsizlik Şurası bununla əlaqədar hələ qərar verə bilmir. BMT nəyə yarayır? BMT sülh üçün yaradılmış bir təşkilatdır. 196 üzvü var. Hazırda öz vəzifəsinin öhdəsindən gələ bilirmi? - təəssüf ki, gələ bilmir. Onda soruşmaq lazımdır, biz BMT təşkilatını niyə yaratdıq? 5 daimi üzvünün dodaqları arasına kilidlənmiş bir dünya ədalətli bir dünya ola bilməz", - deyə Ərdoğan bildirib.

Rəcəb Tayyib Ərdoğan həmçinin Misirdə baş verənlərə də münasibət bildirib. "Hardadır demokratiya? Hardadır xalqın iradəsi? Hərbi çevrilişdən məmnun olduğunu ifadə edən Qərb ölkələri var. Əgər demokratiyadan danışırıqsa, bu addımlar atılmamalıdır", - Türkiyənin baş naziri belə deyib.

Qaynar.info