Xəbər lenti

Ərdoğandan döyülən modelyerlə bağlı AÇIQLAMA
Dünya15:18 04.01.2017

Ərdoğandan döyülən modelyerlə bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan modelyer Barbaros Şansalın sərnişinlər tərəfindən döyülməsinə münasibət bildirib.
Publika.az-ın axşam.az-a istinadən məlumatına görə, prezident sarayında çıxışı zamanı Atatürk Hava Limanında hücuma məruz qalan modelyerlə bağlı məsələyə üstüörtülü münasibət bildirən Ərdoğan bunları deyib:
"Türkiyə bir hüquq dövlətidir. Kiminsə cəzalandırılması yalnız qanun çərçivəsində aparıla bilər. Heç kəs bunu küçənin ortasında istədiyi şəkildə edə bilməz".
Qeyd edək ki, cinsi azlıq nümayəndəsi olan Barbaros sosial şəbəkə hesabında Türkiyədə baş verənləri sərt şəkildə tənqid etdiyi üçün Şimali Kipr Türk Cümhuriyyətindən deportasiya edilib. Atatürk Hava Limanında saxlanılan model sərnişinlər tərəfindən döyülüb.
Qaynarinfo.Az