Xəbər lenti

Ərdoğandan həbslərə sərt REAKSİYA
Dünya13:16 17.12.2013

Ərdoğandan həbslərə sərt REAKSİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan məşhur iş adamlarının saxlanılmasına reaksiya verib.

Qaynar.info
"Milliyet" qəzetinə istinadən xəbər verir ki, Ərdoğan açıqlamasında heç bir təhdid qarşısında baş əyməyəcəklərini bildirib: "hücumlar, tələlər bu milləti çökdürmədi, bundan sonra da çökdürməz. Arxasında qaranlıq şəxsləri, qrupları alanlar bu ölkəyə istiqamət verə bilməzlər. Türkiyə üzərində əməliyyat aparılacaq bir ölkə deyildir. 

AKP iqtidarı buna icazə verməyəcək. Özlərinə inanırlarsa, 30 martda seçki var, o seçkiyə gedib millətlə görüşsünlər. Hesabını seçki qutusundan xaricdə görmək istəyənlərə nə millət, nə də biz icazə verməyəcəyik. Türkiyə banan respublikası deyil, millətin çeynəniləcəyi, qərarlarının yox sayıldığı bir qəbilə dövləti deyil. Daxildən və xaricdən  heç kim mənim dövlətini qarışdıra bilməz. Terror bu milləti döz çökdürə bilmədi".

Qeyd edək ki, bu gün İstanbul polisi tərəfindən keçirilən əməliyyat zamanı 20-dən çox iş adamı, o cümlədən 3 nazir oğlu saxlanılıb.

Qaynar.info