Xəbər lenti

Ərdoğandan Məhəmməd Əli mesajı - FOTO
Dünya19:51 04.06.2016

Ərdoğandan Məhəmməd Əli mesajı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parkinson xəstəliyindən 74 yaşında həyatını itirən əfsanəvi boksçu Məhəmməd Əli üçün şəxsi Tvitter hesabından mesaj paylaşıb.

Musavat.com-un məlumatına görə, Prezident Ərdoğan Məhəmməd Əlinin dünyasını dəyişməsi ilə bağlı bunları yazıb: “Dünən əbədiyyətə qovuşan Məhəmməd Əli milyonların qəlbini fəth edən böyük bir idmançı və gözəl insan idi”.

Məşhur idmançının daim irqçiliyə qarşı vuruşduğunu qeyd edən Türkiyə dövlət başçısı yazıb: “Məhəmməd Əlinin ömrü boyu irqçiliyə və ayrı-seçkiliyə qarşı verdiyi azadlıq mübarizəsi heç zaman unudulmayacaq”.

Sonda R.T.Ərdoğan, “Əzmi, cəsarəti, qərarlılığı bütün insanlığa ilham qaynağı olan Məhəmməd Əliyə Allahdan rəhmət diləyirəm”, - deyə qeyd edib.

Qaynarinfo.az