Xəbər lenti

Ərdoğandan müharibə açıqlaması
Dünya11:40 13.05.2013

Ərdoğandan müharibə açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş nazir Rəcəb Tayyib Ərdoğan Hatayın Reyhanlı qəsəbəsində törədilən terror aktıyla bağlı konkret açıqlamalar verib.

Ərdoğan bu terrorun arxasında Əsəd rejiminin olduğunu deyib. Baş nazir bu hadisənin müxalifət qüvvələriylə yaxından-uzaqdan heç bir əlaqəsinin olmadığını bildirib: "Suriya rejimi bu işin arxasındadır. Rejimin Türkiyədə də uzantıları var. Bu uzantılarla bağlı işlər aparılır".

Ərdoğan oyuna gəlməməyin, gərginlik siyasətinə icazə verməməyin mühüm olduğunu vurğulayıb: "Böyük dövlət olaraq atmalı olduğumuz addımları atmalıyıq. Oyuna gəlmək yoxdur, amma lazım olan cavabı da lazımi anda verərik. Bundan nə çəkinər, nə də tərəddüd edərik. Bunu da hər kəs bilməlidir".

Qaynar.info