Xəbər lenti

Ərdoğandan "tarixi" ifadələr - Dostum Vladimir ilə....
Dünya10:56 08.08.2016

Ərdoğandan "tarixi" ifadələr - Dostum Vladimir ilə....

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya sabahkı ziyarətini "tarixi görüş" olaraq xarakterizə edib.

Qaynarinfo.Az xəbər verir ki, Ərdoğan TASS agentliyinə açıqlamasında vurğulayıb ki, bu tarixi görüş, yeni bir başlanğıc olacaq:"Dostum Vladimir ilə görüşümüz zamanı ikitərəfli əlaqələrdə yeni bir səhifə açılacağına inanıram. Ölkələrimizin birlikdə edəcəyi çox şey var". 

Bundan başqa Türkiyə prezidenti bildirib ki, Suriya probleminin həlli üçün Rusiyanın iştirakının çox əhəmiyyətlidir:"Rusiyanın iştirakı olmadan Suriya probleminə həll tapmaq mümkün deyil. Yalnız Rusiya ilə əməkdaşlıq içərisində Suriyadakı böhranı həll edə bilərik".

Qaynarinfo.Az