Xəbər lenti

Ərdoğandan sərt açıqlama
Dünya06:44 10.06.2013

Ərdoğandan sərt açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyası (AKP) üzvləri qarşısında çıxış edib. 

Qaynar.info-nun məlumatına görə, Ərdoğan çıxışı zamanı Gəzi Parkı olaylarına münasibət bildirib və olduqca sərt danışıb. 

Baş nazir aksiya iştirakçılarına ultimatum verməyi də yaddan çıxarmayıb: "Buradan sizlərə səslənirəm. Artıq bu aksiyalara son verilməsini rica edirəm. Bir dərdiniz varsa bələdiyyə sədrinə, valiliyə gedin. nümayəndənizi seçin, hətta mən sizi qəbul edərəm. Əgər bunlardan başqa bir yola baş vursanız, inciməyin, sizinlə başqa dildə danışmaq məcburiyyətində qalaram. Çünki bunun da bir sonu var". 

Baş verənlərin Gezi Parkındakı ağaclarla əlaqəsi olmadığını deyən Ərdoğan bildirib ki, AKP-ni seçkidə məğlub edə bilməyənlər bu yolla ölkəni qarışdırmaq istəyirdilər: "Fəqət bu oyun baş tutmayacaq. Onların tələlərini biz bilirik. Gəzi Parkına gedənlərə millət deyirlər, getməyənləri görmürlər. Maşınları yandırdılar, bir polisimizi şəhid etdilər. Bu cəmiyyət yandırmaz, dağıtmaz, bu cəmiyyət inşa edər".

Qaynar.info