
Dənizli şəhərində keçirilən AK partiyasının tədbirində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın xarici işlər naziri Ziqmar Gabrielə sərt cavab verib.
"Qaynarinfo" "Milliyet"ə istinadən xəbər verir ki, Ərdoğan açıqlamasında "Sən kimsən ki, Türkiyə Cümhuriyyətinin prezidenti ilə danışırsan? Yerini və həddini bil. Sənin Türkiyə xarici işlər naziri ilə danışmaq hüququn var" deyib. Türkiyə prezidenti həmçinin "Almaniya kanslerinə 4500 nəfər terrorçunun adı daxil edilən siyahı verdim, lakin heç bir tədbir görülmədi. Özü isə məndən 2-3 nəfəri təhvil verməyimi istədi. Gərək üzrlü hesab etsin, əgər onlarda qanun varsa, bizdə də var. Almaniyada yaşayan türk əsilli vətəndaşları ədalətli olmağa və Türkiyəyə düşmən mövqedə olmayan namizədə səs verməyə çağırıram" fikirlərini səsləndirib.
Qeyd edək ki, 24 sentyabrda Almaniyada parlament seçkiləri keçiriləcək. Ərdoğanın Almaniyada seçkilər barədə açıqlama verməsi və türk əsilli vətəndaşlara çağırış etməsi xarici işlər naziri Ziqmar Qabriel tərəfindən tənqid edilmiş və bu addım Almaniyanın daxili işinə müdaxilə kimi qiymətləndirilmişdi.
Gülşən
Qaynarinfo.Az