Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 8-ci dövlət başçısı olmuş Turqut Özalın vəfatının 29-cu ildönümü ilə əlaqədar paylaşım edib.
Qaynarinfo xəbər veriri ki, öz sosial şəbəkə hesabında paylaşım edən Prezident bu sözləri qeyd edib:"Ölkəmizin inkişafında və onun gələcəyini formalaşdıran addımlarda qabaqcıl rol oynayan, çalışqanlığı, duruşu və şəxsiyyəti ilə millətimizin həyatında sarsılmaz bir yerə sahib olan 8-ci prezidentimiz mərhum Turqut Özalın xatirəsini rəhmətlə anıram”.