Türkiyədə FETÖ-yə qarşı dünən keçirilən və 1000 nəfəri əhatə edən əməliyyatda işdən kənarlaşdırılanlar arasında prezident Ərdoğan və ailəsinin ən yaxınındakı mühafizəçilər, eləcə də 19 polis əməkdaşı da var.
Cebhe.info Türkiyə mətbuatına istinadən bildirir ki, "Məhrəm imamlar" əməliyyatında ümumilkdə 9 103 polis əməkdaşı işdən kənarlaşdırılıb. Onların arasında Prezidentin Mühafizə İdarəsi və Parlamentin Mühafizə İdarəsinin əməkdaşları da var. Ümumilikdə bu iki qurumdan işdən kənarlaşdırılan əməkdaşların sayı 55 nəfərdir.
Qeyd edək ki, Prezidentin Mühafizə İdarəsi prezident və onun ailə üzvlərinin qorunması, təhlükəsizliklərinin təmini ilə məşğuldur. Burda çalışan əməkdaşlar prezident iqamətgahı, prezident köşkü, prezidentin olduğu bütün binaların mühafizəsindən məsuldur. Əməkdaşlar prezidentin xidməti və iş otağının daxili və onlara bitişik yerlərdə 24 saat boyunca xidmət verməyə borcludur.
Qaynar.Az