
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Əsra Albayrak və Enerji və Təbii Ehtiyatlar naziri Berat Albayrakın 11 aylıq oğlu Sadık Eymənlə mətbuatda ilk dəfə şəkilləri yayılıb.

Qaynarinfo.Az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, cütlüyün Sadık Eyməndən əlavə 10 yaşlı Əhməd Akif və 7 yaşlı Mahinur adlı 2 övladı da var.
Qeyd olunur ki, S. Eymən R. T. Ərdoğanın 5-ci nəvəsidir. Prezidentin oğlu Bilalla həyat yoldaşı Reyyanın isə 2 uşağı var.
Qaynarinfo.Az