
Kılıçdaroğlu qrup toplantısında Ərdoğanın və oğlunun biznesmenlərlə telefon danışığını dinlətdiyi üçün kanallar canlı yayımı kəsib
“Axar.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin ana müxalifət partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Milli Məclisdə söz verdiyi səs yazısını bu gün qrup toplantısında yayımlayıb. Həmin səs yazısının Türkiyənin Baş naziri R.T.Əroğan və oğlu Bilal Ərdoğana aid olduğu bildirilir.
Həmin səs yazısında Ərdoğanən biznesmen Lətif Topbaşla, oğlunun isə biznesmen Məhmət Çingizlə şifrəli danışığı yer alır.
Kılıçdaroğlunun Ərdoğanın səs yazısını yayınladığı vaxt “Xalq TV” və “CNN Türk” xaricində bütün xəbər kanalları yayımı kəsib.
Qaynar.info