Xəbər lenti

Ərdoğanın helikopteri qəzaya uğradı: Xəsarət alan var
Dünya19:19 14.06.2014

Ərdoğanın helikopteri qəzaya uğradı: Xəsarət alan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin baş naziri  Rəcəb Tayyib Ərdoğanı Rizədən  Artvinə gətirən  Başnazirliyə aid Oba helikopteri  Artvin şəhər stadionuna eniş edərkən qəza keçirib.

Avropa.info xəbər verir ki, Ərdoğanın və onu mühafizə edən  helikopterlərin  enişini  polis Olimpik Üzmə Hovuzu inşaat sahəsinə  yönləndirib. Baş nazirin helikopteri   inşaat sahəsinə enərkən  dəhşətli anlar yaşanıb. 

İnşaat sahəsind olan  taxta parçaları və çeşitli inşaat  əşyaları helikopterin  pərinin  səbəb olduğu həddindən artıq külək nəticəsində  havaya qalxınca, baş naziri gözləyən qəzetçi Orxan Sevinc, inşaat işçisi Camal Doğan və adı açıqlanmayan  bir polis məmuru  üzlərindən, bədənlərinin müxtəlif yerlərindən  ciddi xəsarət alıblar. 

Yaralılar təcili olaraq xəstəxanaya aparılıblar. İnşaat işçiləri açıqlamalarında helikopterin birinci cəhddə enmədiyini və ikinci cəhddə enərkən bu halın yaşandığını bildiriblər.