
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın İran prezidentinin köməkçisi İsaq Cahangiri ilə keçirdiyi mətbuat konfransında tərcümə qalmaqalı baş verib.
Qaynar.info xəbər verir ki, Cahangirinin çıxışını səhv tərcümə edən tərcüməçi Türkiyə ilə İran arasında qaz idxalı barəsində razılıq əldə olunduğunu və bunun yaxın günlərdə həyata keçiriləcəyini söyləyib.
Tərcüməçinin səhv danışdığını görən Türkiyə enerji və təbii sərvətlər naziri Taner Yıldız müdaxilə edərək, "Hələ belə bir razılıq əldə olunmayıb, belə bir niyyətdən bəhs olunub" deyib.
Qaynar.info