Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayı keçirilib. Binəli Yıldırım partiyanın sədri və baş nazir vəzifəsinə seçilib.
Qafqazinfo-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qurultayda iştirak edən eks-baş nazir Əhməd Davudoğlu ilə xanımı Sarə Davudoğlu nazirlərlə görüşüb. Bu zaman prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni, iş adamı Səlçuk Bayraqdar da nazirlər sırasında olub. Bayraqdar ona əlini uzadan Sarə Davudoğlu ilə görüşməyib. Bu vəziyyət qurultay iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb.
Daha sonra məlum olub ki, S.Bayraqdar yeni baş nazir Binəlı Yıldırımın həyat yoldaşı Semiha Yıldırımın da əlini sıxmayıb. Onun qadınlarla əl-ələ görüşmədiyi qeyd olunub.
Qaynarinfo.az