Xəbər lenti

Ərdoğanın müavini aksiyaçılarla görüşəcək
Dünya07:40 05.06.2013

Ərdoğanın müavini aksiyaçılarla görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin baş nazirinin müavini Bülənt Arınc Taksim Dirəniş Platformasının üzvləri ilə görüşəcək. 

Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, baş nazirin müavini “Gəzi parkı” aksiyasının təşkilatçıları ilə görüş keçirəcək.

B.Arınc bir neçə partiya üzvünü vasitəçi kimi Taksim Meydanına göndərib.

İstanbulun Taksim meydanında başlayan etiraz dalğası günlərdir Türkiyənin bütün bölgələrində davam edir.

Qeyd edək ki, Baş nazirin müavini dünən açıqlamasında nümayişçilərdən üzr istəmişdi.

Qaynar.info