Xəbər lenti

Ərdoğanın oğlunun istintaqa çağırılma sənədi yayıldı - FOTO
Dünya10:00 27.12.2013

Ərdoğanın oğlunun istintaqa çağırılma sənədi yayıldı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə başladılmış korrupsiya və rüşvət əməliyyatı çərçivəsində baş nazir Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğanın da istintaqa çağırılması barədə sənəd olduğu iddia edilib.

Lent.az-ın xəbərinə görə, Türkiyənin “Sözçü” qəzeti korrupsiya və rüşvət əməliyyatının ikinci mərhələsində B. Ərdoğan için istintağa çağırılması barədə qərar çıxarıldığı barədə məlumat yayıb.

Türkiyədəki “Ulusalkanal” isə Ərdoğanın istintaqa şahid deyil, şübhəli şəxs kimi çağırıldığını iddia edib.

Qeyd edək ki, bu gün baş prokurorun əmri ilə cinayət işinin prokuroru Muammer Aktaş istintaqdan uzaqlaşdırılıb.

Qaynar.info