
Dünyanın ən məşhur haker qrupu "Anonymous" Suriya Elektron Ordusunun dəstəyilə OpTurkey kampaniyası çərçivəsində Türkiyə Baş Nazirliyinin internet saytını dağıdıb.
Qaynar.info-nun məlumatına görə, basbakanlik.gov.tr saytına bir müddət girmək mümkün olmayıb.
Məlumata görə, saytı dağıdan və "Twitter"dəki AnonsTurkey adı ilə tanınan qrupun Baş Nazirlik serverlərindən məlumat oğurlayıb.
"Anonymous" bununla bağlı açıqlama verib.
Açıqlamada deyilir: Türk Gezi Dirənişi yaxın tarixin ən böyük sosial aksiyalarından biridir. Uzun müddətdir çox güclü bir rejim tərəfindən idarə olunan türk xalqı, qadınlar, uşaqlar, gənclər və yaşlılar artıq oyanıb. Qorxu tərəf dəyişdirdi. Türk xalqı qorxmur, basqınçılar qorxur. Türk xalqı azad insanlar olaraq potensiallarını ortaya qoyur.
"Anonymous" email ünvanlarını, şifrələri və telefon nömrələrini ələ keçirdiyini açıqlasa da, bununla bağlı hər hansı məlumat verməyib.
Qaynar.info