
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Qırğızıstan səfərindən sonra Rusiya mətbuatı ortaya şok iddia atıb.
Qaynar.info-nun məlumatına görə, "Nezavisimaya Qazeta" Türkiyə baş nazirinin "Manas" bazası ilə bağlı ölkə rəsmiləri ilə müzakirələr aparmaq üçün səfər etdiyini yazıb.
Qırğızıstan parlamentinin üzvü Ravşan Ceenbekov qəzetə verdiyi açıqlamasında iki ölkə rəhbərlərinin bağlı qapılar arxasında "Manas" bazası ilə bağlı müzakirələr aparacağını deyib.
Rusiya Elmlər Akademiyasının Şərq İnstitutunun koordinatoru Aleksandr Knyazev isə Türkiyənin ABŞ-ın Türk respublikaları, Yaxın və Orta Şərq ölkələrindəki nümayəndəsi olduğunu bildirib.
Knyazev Türkiyənin Qırğızıstanla olan münasibətinə toxunaraq deyib ki, Ankara Bişkekin Şanxay Əməkdalıq Təşkilatına üzv olacağı təqdirdə ABŞ-ın istəyi ilə təşkilatın zəifləməsi üçün səy göstərəcək.
Ərdoğanın Qırğızıstan prezidenti Almazbek Atambayevlə olan yaxın münasibətini önə çıxaran Knyazev baza məsələsində də türk baş nazirini Atambayevi yola gətirmək gücündə olduğunu qeyd edib. Türkiyə onsuz da 2010-cu ildən bəri Qırğızıstanın borclarını silməklə yanaşı, həm də ona böyük ölçüdə maliyyə yardımları edir.
Qaynar.info