Xəbər lenti

Ərdoğanla görüşən heyət: "Aksiyanı bitirəcəyik"
Dünya05:34 14.06.2013

Ərdoğanla görüşən heyət: "Aksiyanı bitirəcəyik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş nazir Rəcəb Tayyib Ərdoğanla 3,5 saatlıq görüşdən sonra nümayişçilərin təmsilçiləri də açıqlama verib.

Heyət adından ilk açıqlamanı verən aktyor Halit Ərgənç baş nazirin məhkəmənin qərarlarına hörmət etdiyini, məhkəmə qərarı hökumətin əleyhinə olarsa, buna əməl edəcəklərini, lehinə olarsa da, xalq səsverməsi keçirəcəklərini söylədiyini bildirib.

Ərgənç Gəzi Parkı etirazçılarının artıq evlərinə qayıtmasını istədiklərini bildirib: "Biz də görüşdə gərgin atmosferən sona çatmasını istədik. Zorakılıq görüntüləri varsa, bunları da onlara çatdırmamızı istədilər".

Yazıçı Sunay Akın isə görüşdən xoşbəxt ayrıldığını bildirib.

Taksim Həmrəylik Platformasının təmsilçisi Tayfun Kahraman isə baş nazirə və heyətdəki nazirlərə dəvət üçün təşəkkür edib. 17 gündür davam edən aksiyaların ölkədə dərin iz qoyduğunu bildirən Kahraman bildirib ki, baş nazirin məhkəmə başa çatana qədər parkın qalmasını ifadə etməsi gecənin ən müsbət nəticəsidir: "Hörmətli baş nazir məhkəmə qərarına görə xalq səsverməsi keçirəcəklərini, vətəndaşlarımızın qərarına əməl edəcəklərini söylədi. Polisin ölçüsüz və qaydasız zorakılığının da araşdırılacağını bildirdi. Biz də bu prosesi və hörmətli baş nazirin söylədiklərini izləyəcəyik".

Aksiyaların sona çatıb-çatmayacağı haqda sualın cavabında isə Kahraman parkdakı insanlarım bu pozitiv yanaşmanı yaxşı dəyərləndirməli olduğunu deyib: "Gəzi Parkındakı dostlarımızın da bunu pozitiv dəyərləndirəcəyini düşünürük. Aksiyanın başa çatıb-çatmayacağını sabah dəyərləndirəcəyik. Pozitiv qərar olsa, bir tədbirlə aksiyanı bitirəcəyik".

Qaynar.info