
Ərdoğan Vaşinqtonda Obama ilə görüşüb.
Qaynar.info xəbər verir ki, hazırda Vaşinqtonda olan Ərdoğan mətbuat konfransında Hatayda baş vermiş terror hadisəsinə, İsraillə münasibətlərə, Şimali Kipr məsələsinə, Dağlıq Qarabağ münaqişəsinə, Suriayadakı hadisələrə toxunub.
Obama ilə bir çox mövzuda həmfikir olduğunu bildirən Ərdoğan ABŞ-da olma səbəbini son vaxtlar Yaxın Şərqdə baş verən hadisələrlə əlaqələndirib.
Ərdoğan həmçinin Hataydakı terror hadisəsində Suriyanın əli olduğunu əminliklə qeyd edib və lazımi cavabın tezliklə veriləcəyini, Türkiyənin suverenliyini təhdid edən bütün ünsürlərə qarşı müttəfiqləri ilə birgə addım atacaqlarını bildirib.
İyun ayında Fələstinə səfər edəcəyini bildirən Ərdoğan bu ziyarətlə Fələstin-İsrail münasibətlərinin yeni bir dönəmə girəcəyini deyib.
Öz növbəsində Obama qeyd edib ki, Hatayda baş vermiş hadisə onu kədərləndirib və terrorun nə qədər çirkin olduğunu bir daha sübut edib.
Türk jurnalistin Suriya ilə bağlı sualını cavablandıran Obama ən qısa zamanda Əsədin getməsi üçün daha real addımlar atacaqlarını, kimyəvi silahların istifadə edildiyi Suriyada artıq vəziyyətin nəzarətdən çıxdığı və artıq buna bir son deməyin vaxtının çatdığını vurğulayıb.
Suriya müxalifətinə lazım olan bütün dəstəyi verəcəklərini xüsusi vurğulayan Obama Əsədə qarşı Ərdoğanla birgə çalışmalarının davam etdiyini bildirib.
Cavid
Qaynar.info