
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə zəng edib.
Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iki lider arasında telefon danışığı 50 dəqiqə davam edib. Onlar Suriya və Misir başda olmaqla son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Ərdoğan beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı addımlar atmasının vacibliyini qeyd edib. Türkiyənin baş naziri Misirdəki münaqişə tərəflərinin demokratiyaya dönməsinin böyük önəm daşıdığını da bildirib.
Qaynar.info