Xəbər lenti

Ərdoğanla Putinin görüşü tezləşdirilə bilər
Dünya17:16 01.07.2016

Ərdoğanla Putinin görüşü tezləşdirilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasındakı görüş sentyabrdan öncə baş tuta bilər. 

Qaynarinfo.az aznews.az-a istinadən  xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb. Məlumata görə, görüş avqustda Soçidə keçirilə bilər. Qəzetin məlumatına görə, əgər Soçidə baş tutan Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşündə razılıq əldə olunubsa, görüş daha tez də həyata keçirilə bilər.

Qeyd edək ki, iyunun 29-da Rusiya tərəfinin təşəbbüsü ilə 2 ölkə prezidenti arasında telefon danışığı baş tutub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxış edərkən Rusiya prezidenti ilə sentyabrda G20 sammitində görüşmək barədə razılaşdıqlarını bildirib.

Qaynarinfo.az