"Reuters Türkiyə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı "sistemli yalanlar və manipulyasiya aparatıdır”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun deyib.
Çərşənbənin əvvəlində Reuters də öz növbəsində Altunun rəhbərlik etdiyi departamenti mediaya təzyiq və senzurada günahlandırıb.
"Biz Reuters-in niyyətlərini, nəyə xidmət etdiyini və bu istiqamətdə nə işlə məşğul olduqlarını yaxşı bilirik. Sizi yalnız və yalnız həqiqət naminə jurnalistika ilə məşğul olmağa dəvət edirik. Britaniyanın "Reuters" xəbər agentliyinin bu yöndə seçim etməsi faktıdır. Türkiyənin kommunikasiya modelindən istifadə edərək uğurlu milli və beynəlxalq araşdırmalar aparan kommunikasiya departamentimizin araşdırma obyekti necə doğru yolda olduğumuzun göstəricisi və qürurumuzun səbəbidir”, - deyə Altun bildirib.
"Reuters-in prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyəyə qarşı qəbul əməliyyatları və sistemli manipulyasiya aparatı olduğunu” iddia edən Altun agentliyin əvvəllər də dəfələrlə yalan xəbərlər dərc etdiyini açıqlayıb.
Alpər