Xəbər lenti

Ərdoğan-Bayden  görüşünün mümkün tarixi açıqlandı
Dünya09:54 13.08.2022

Ərdoğan-Bayden  görüşünün mümkün tarixi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden sentyabrda Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində görüşə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sabah” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
"Türkiyənin ABŞ-dan F-16-ların alması ilə bağlı danışıqlar bir müddətdir ki, davam edir. Bu məsələ gələn ay Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında mümkün görüş zamanı müzakirə olunacaq", deyə qəzet yazır.
Türkiyə ABŞ-dan 40 F-16 qırıcısı almağı və arsenalını daha 80 ədəd təkmilləşdirməyi planlaşdırır. Co Bayden qeyd edib ki, o, Türkiyəyə F-16 qırıcılarının satışı üçün Konqresin təsdiqini alacağına ümid edir.
Aydın